"Pak Xalça" vətəndaşları belə aldadır — FOTOLAR

Bakı şəhərində fəaliyyət göstərən xalçayuma firmalarından biri haqqında redaksiyamıza şikayət məktubu daxil olub.

Ölkə.az-a müraciət edən BDU-nun dosenti Useynova Səidə Mahmud qızı bildirib ki, "Pak Xalça" firmasına iyul ayının 13-də yuyulmaq üçün iki ədəd bahalı, yun Kəşmir xalçası və bir neçə kilim verib. Aradan keçən 1-2 ay ərzində isə firmanın işçisi xalçanı gətirməyib. Səidə xanımın firmaya etdiyi çoxsaylı zənglərdən sonra işçilər kilimləri gətiriblər və boyunlarına alıblar ki, xalçayuyan aparata yeni aldıqları baraban onların xalçalarını korlayıb. Kilimləri gətiriblər, amma xalçaları İçərişəhərdə bərpa etmək üçün xalça ustasına veriblər.
Səidə xanımın dediyinə görə, o, qızı ilə birlikdə İçərişəhərdəki həmin ustanın yanına gedib və usta onlara xalçaların yararsız hala düşdüyünü və ancaq ondan həsir kimi istifadə edə biləcəklərini deyib. Səidə xanımın sözlərinə görə, onun təmiz yun xalçalarının birinin qiyməti 1500 dollardan az deyil.
Daha sonra özünü müdir kimi təqdim edən "Pak Xalça"nın işçisi onlara iki xalça əvəzində 100-200 manatlıq iki yeni xalça almağı təklif ediblər. Səidə xanım isə onların təklifi ilə razılaşmayıb. Daha sonra "Pak Xalça"nın yerləşdiyi yerə gedən şikayətçi gördüyü mənzərə qarşısında şoka düşüb. Firmanın internetdə yerləşdirdiyi müasir xalçayuma sexinin əvəzində Səidə xanım zibilliyə, antisanitariyanın hökm sürdüyü bir ambara düşüb.
Hazırda "Pak Xalça"nın rəhbərləri ona dəymiş zərəri ödəməkdən imtina edərək, zənglərinə belə cavab vermirlər.
Sizə "Pak Xalça"nın heç də pak olmayan sexinin fotolarını təqdim edirik:
 
 






Fikirlər