Payızın sonu, qışın əvvəlləri balıq yeyilməsi üçün gözəl mövsümdür.
Həkimlərin balığın faydaları və necə bişirilib yeyilməyi haqda məlumatları öz oxucuları ilə bölüşür.
Qırmızı ət qiymətlərinə(mal və qoyun ətləri) nisbətən balığın ucuz zülal qaynağı baxımından əhəmiyyətli olduğunu bilirik. Xüsusilə dəniz sahili olan bölgələrdə balığın gündəlik istehlakda əhəmiyyətli mövqeyə sahib bir qida olduğunu deyən tibbi ekspertlər, - "Balıq tərkibindəki yağlar, zülal və vitamin sayəsində, son dərəcə sağlam və əhəmiyyətli bir qidadır. Balıq, yumşaqlıq baxımından digər ətlərə görə daha zəif olduğu üçün, həzm olunmağı asandır. Buna görə də, bioloji dəyəri çoxdur. Yəni balıqdakı bütün qida komponentlərini bədən istifadə edərək özünü "təzələyir", ehtiyaclarını önləyə bilir " - söyləyirlər...
Həkimlər, gündə 200 qrama qədər balıq əti yeyərək, bədənin gündəlik zülal və yağ turşuları ehtiyacının qarşılana biləcəyini deyərək, bu xəbərdarlıqları verirlər:—"Sağlam bir həyat üçün balığı həftəlik deyil, gündəlik vərdişlə yeyin. Balıq istehlakında həftəlik öhdəliklərə bağlı qalmamalıyıq. Bəli, həftədə 2 ya da 3 dəfə balıq yeməyimiz sağlamlıq baxımından çox faydalıdır. Amma bunu bir vərdiş halına gətirməliyik. Biz gündəlik istehlak olaraq tövsiyə edirik. Bununla da gələcəkdəki nəsillərimizin də bu vərdiş ilə daha sağlam fərdlər olmasını təmin edə bilərik".
Qızardarkən balıq qida dəyərini itirir.
Həkimlər, türk xalqları, balığı hazırlayarkən daha çox qızartmağı seçim edir, ancaq bu bişirmə üsulu balığın qida dəyərinin böyük nisbətdə itirilməsinə gətirib çıxardığını söyləyir. Balığın qiymətli yağlarının, qızartma yağına keçdiyini və zülalın nisbətən məhv edildiyini deyən ekspertlər,—"Buğlama üsulunu istifadə etdiyiniz zaman vitaminlər suya keçir, siz də suyunu istifadə edərkən, balığı tam olaraq istifadə etmiş olursunuz. Bəli, qızartma ləzzətlidir. Amma buğlama da çox dadlıdır. Belə ki, illik adam başına düşən balıq istehlakı yalnız 8 kiloqram. Halbuki sağlam bir həyat istəyənlər həftədə ən az iki dəfə balıq istehlak etməlidir"—deyirlər.
Həmçinin,—"Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarına görə, ABŞ, İspaniya, Avstraliya və Yeni Zelandiya kimi ölkələrdə adam başına ildə 20 kiloqramdan çox balıq düşür. Dünya ortalaması illik 16 kiloqram ikən, İslandiyada istehlak balıq miqdarı adam başına 90, Yaponiyada 75, Avropa Birliyi ölkələrində 26, Səudiyyə Ərəbistanında 10 kiloqramdır. Türk dövlətləri isə, 8 kiloqram ilə balıq istehlakında son sıralarda yer alır"—deyirlər.
Balığın az yağa sahib olan, qiymətli bir zülal qaynağı olduğunu deyən həkimlər,—"balıq ətinə, yüzdə 15-25 dəyərləri arasında zülal daxildir. Bu zülallar, bədəndəki toxumaların qorunması və inkişafı üçün zəruri olan bütün əsas amin turşularını ehtiva edirlər. Az yağlı olması səbəbi ilə, pəhrizlərin vazkeçilməzlərindən biridir və çəkinin sağlam səviyyədə qalmasına kömək edir. Balıq fosfor, yod, dəmir, kalsium kimi mineral duzlar və A, D, K, B qrupu vitaminlər baxımından da yaxşı bir qaynaqdır. Yod, uşaqların zəka inkişafında əhəmiyyətli bir rol oynayarkən, A vitamini immunitet sisteminin və gözlərin görmə xüsusiyyətinin güclənməsinə, xəstəliklərə qarşı müqavimətin artmasına, D vitamini sümüyün inkişafına, ehtiva etdiyi dəmir qan istehsalına, fosfor toxumaların yaxşılaşmasına, dərinin parlaq, saçların canlı olmasına kömək edir"—deyirlər.
Xüsusilə günəşdən faydalanmanın az olduğu qış mövsümündə, sümük və dişlərin sağlamlığı üçün əhəmiyyətli yeri olan D vitamini ilə bədənin təmin olunması, balıq istehlakının əhəmiyyətinə diqqət çəkən ekspertlər,—"sardina, hamsi kimi kiçik balıqlar, süd məhsulları kimi kalsium almağınıza da kömək edir və sümüyün inkişafında faydanı təmin edər. Balıqda, digər heyvan mənşəli qidaların əksinə, doymuş yağ yerinə, doymamış yağ turşuları mövcuddur. Omega-3 bədənin qəbul edə bilmədiyi və ən çox balıqda olan son dərəcə faydalı bir yağ turşusudur. Omega-3 yağ turşuları pis xolesterolu salarkən, yaxşı xolesterolu yüksəldir. Ürəyi qoruyan omega-3 yağ turşusu, ürək damar xəstəliklərinə qarşı da qorumanı təmin edər"—söyləyirlər.
Balığın qızardılmasının xərçəng maddələrinin meydana gəlməsinə və qida dəyərində azalmaya səbəb olduğunu deyən tibbi ekspertlər,—"Mümkün qədər qızartma, buğlama və qaynatma üsulları seçilməlidir. Çiy ya da az bişmiş dəniz məhsulları, mikrob baxımdan risq daşıdıqlarından seçim edilməməlidir. Hamiləlik və əmizdirmə dövründə isə körpənin normal inkişafı və ananın sağlamlığı baxımından həftədə ən az 3-4 dəfə istehlak edilməsi lazımdır "—kimi açıqlama veriblər.
Balığın satın alma, saxlama, hazırlama və bişirmə qaydalarına diqqət edilmədiyində asanlıqla pozularaq səhiyyə baxımından risqli nəticələrə səbəb ola biləcəyini xatırladan həkimlər,—"Mümkün qədər hər balıq bol olduğu mövsümdə istehlak edilməlidir. Təzə balıqlar otaq istilikdə çox gözlədilməməli, pulları və içi təmizləndikdən sonra soyuducuya qoyulmalıdır. Bu şəkildə soyuducuda 1-2 gün gözlədilə bilər. Dondurucuda isə 3-6 ay qədər saxlanıla bilər. Təzə balıq qoxusuzdur, köhnəldikcə, turş qoxu yayılır. Balığın pullarına əlinizi sürdüyünüz asanca əlinizə gəlməməsi, tökülməməsi gərəkdir. Təzə balığın gözləri parlaq və xaricə qabarıq olur. Təzəliyini itirdikcə, gözlər buğlanmaya başlayır və içəri çökür. Qəlsəmələri canlı qırmızıdır. Balığın dərisi gərgin olmalı, balığa barmaqla toxunanda meydana gələn çuxurluq dərhal düzəlməlidir. Köhnə balıqda isə bu iz qalır"—deyərək xəbərdarlıq ediblər.
AzerTaym.az