Bir ədədi 15 manata satılır
Ordubadda yetişdirilən və müalicəvi hesab olunan llimonun bir ədədi 5 manata, bəzi hallarda isə 15 manata satılır. “Xəzər TV” xəbər verir ki, həmin limonlar Ordubadda yetişdirilir. Onları digər yerlərdə əkilən limonlardan fərqləndirən isə tərkibinin efir yağları, vitaminlərlə, minerallarla zəngin olmasıdır. Buna səbəb Naxçıvan torpağının faydalı elementlərlə zənginliyi, suyun və havanın saflığı, təmizliyidir. Müalicəvi əhəmiyyətə malik limon Ordubadda dibçəklərdə və istixanalarda yetişdirilir. Çünki Naxçıvanın iqlimi bu meyvənin açıq hava şəraitində yetişdirilməsinə tam imkan vermir. Buna baxmayaraq, rayon sakinləri yüksək məhsuldarlığa nail ola bilirlər. Nəticədə, limonçuluq ən gəlirli sahələrdən birinə çevrilib. Limonçuluqla məşğul olan ordubadlılar qeyd edirlər ki, yaxşı becərildikdə torpağa əkilən bir ağacdan il ərzində 220-250 ədəd limon götürmək mümkündür. AzerTaym.az