Uşaq psixologiyasını məhv edən qidalar- Onlardan QAÇIN

Image result for Uşaq psixologiyasını

Londonun “Metropoliten” Universitetinin əməkdaşlarının apardıqları tədqiqatlar nəticəsində uşaqlarda sinir pozuntusu yaradan qidaların adları məlum olub.

Həmin qidalardan (bişmiş və bişməmiş) bəzilərini təqdim edir:
Qızardılmış toyuq budu və qanadı- mütəxəssislər toyuq budu və qanadının uşaqlarda güclü əsəb gərginliyi yaratdığını bildirir. Xüsusən də, yatmazdan əvvəl uşaqların bu yeyəcəkdən yeməsi qəti qadağandır. Toyuq qanadı aqressiyanın əsas mənbələrindən biridir.
Sosiska- bu təam 10 yaşdan aşağı uşaqlara verilməməlidir. Yaratdığı əsəb gərginliyindən də əlavə, uşaqların qida borusu üçün uyğun olmayan yeyəcək hesab edilir.
Duzlu fıstıq- Böyüklərin çox sevdiyi, xüsusilə, pivə ilə birgə qəbul etdikləri duzlu fıstıq uşaqlar üçün çox zərərlidir. Duzlu fıstığın yaratdığı allergeya bəzən, ölümə də səbəb ola bilir.
Konservləşdirilmiş balıq- təzə balıq və balıq yağı uşaqlaın bir nömərli dostu olsa da, konservləşdirilmiş balıqlar onlarda sinir xəstəliklərinə səbəb olur.
Göbələk- bu tərəvəzin riskli yem olması hər kəsə məlumdur. Bəzən, ən dadlıları və sağlamları belə zəhərlənməyə səbəb ola bilir. Uşaqlarda göbələk zəhərlənməsi daha ciddi fəsadlara, hətta hallüsinassiyaıara yol açır.
Şokolad və dondurma- təbii ki, bu iki sevimli şirniyyatı uşaqlara qadağan etsək, asanlıqla onların düşməninə çevrilə bilərik. Amma nə etmək olar? Uşaqlara təbii ki, aşırı şokoladın qan dövranının pozuntusuna, dondurmanın isə bağırsaqlara zərər verdiyini anlatmaq vacibdir.
AzerTaym.az






Fikirlər