Yalnız bu sosiska və kolbasalar HALALDIR

 Image result for kolbasalar HALALDIR

Azərbaycan Respublikasında qüvvədə olan “halal qida” dövlət standartının tələblərinə əsasən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin akkreditasiya etdiyi sertifikatlaşdırma qurumu tərəfindən sertifikatlaşdırma prosesi hazırda da davam etdirilir.

Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Modern.az-a deyib ki, təmsil etdiyi qurum sertifikatlaşdırma ilə məşğul olmur:

““Hala qida” standartı əsasında sertifikatlaşdırma həyata keçirən orqan mövcuddur. Həmin orqan bu standartın tələbi əsasında prosesi həyata keçirir. Bu orqanın sertifikatlaşdırma prosesi tam şəffaf şəkildə icra edilir. Qeyri-Hökumət Təşkilatları (QHT), jurnalistlər, yaxud istənilən şəxs prosesdə iştirak edə bilər”.

Modern.az indiyədək “Halal” sertifikaı almış şirkətlərin məhsullarının siyahısını təqdim edir:

AZ Protein Foods Group MMC-nin halal qaydalara uyğun kəsilmiş soyudulmuş dana və qoyun əti;

“Ovçular ət və ət məhsulları” MMC-nin “Halal servelat”, “Halal doktorskaya”, “Halal lyubitelskaya”, “Halal toyuq ətindən”, “Halal Hinduşka ətindən”, “Halal Doktorskaya Pepe”, “Halal Doktorskaya Prima”, “Halal Xlebnaya”, “Halal Vetçinnaya”, “Halal Külləmə”, “Halal Klassik”, “Halal Ovçular”;

Səhliyalı kiçik müəssisəsindən “Halal nemət”;

S.A.B.A-nın “Kazan” nişanlı “Halal”, “Halal Premium”.

Xatırladaq ki, “Halal” adı altında məhsul istehsal edən müəssisələrə malların markalanmasındakı “halal” sözündən istifadə edilməsi1 aprel 2014-cü il tarixindən qadağan edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 757-2014 “Halal məhsulların sertifikatlaşdırma qaydaları” dövlət standartı təsdiq edilib. Bu standart “halal məhsul”ların sertifikatlaşdırılmasını, bu məhsullara uyğunluq sertifikatının verilməsi qaydalarını tənzimləyir. 

Standarta əsasən “halal məhsul”ların sertifikatlaşdırılması üçün sifarişçi malın sertifikatlaşdırılması üzrə akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına sifarişlə müraciət etməlidir.

AzerTaym.az






Fikirlər