Bu qidaları birlikdə yemək İNSANIN ÖMRÜNÜ UZADIR
Birlikdə yeyilən zaman orqanizminizə müsbət təsir göstərəcək qidaları təqdim edir: Alma və şokolad
Damaq dadımız buna alışmasa da, sınamaqda fayda var. Alma və şokoladı birlikdə yemək immunitet sistemini qüvvətləndirir, zehini açır, ürək və damarların fəaliyyətini yaxşılaşdırır, habelə xərçəng riskini azaldır. Yulaf və təzə sıxılmış portağal suyu
Yulaf və portağal zəngin fenol qaynaqlarıdır. Bu, həzm sisteminizi yaxşılaşdırıb toksinlərdən daha təsirli bir şəkildə təmizlənməyə kömək edir. Pomidor və ciyər
Dəmir çatışmazlığı xroniki yorğunluğa, ürək və damar yollarında problemlərə yol aça bilər. Amma ciyərdə dəmir (C) vitamini olmadan asan həzm olunmur. Buna görə içində askorbin turşusu saxlayan pomidoru ciyərlə birlikdə yesəniz bu problem aradan qalxar. Cəfəri və limon
Cəfərini limonla qarışdırıb yeyən zaman bu, C vitamininin qana daha asan qarışmasına köməkçi olur. C vitamini maddələr mübadiləsi və immunitet sisteminin yaxşı işləməsi üçün lazımlı bir vasitədir. Tərəvəz və qatıq
Təbii ki, şəkərsiz və qatqı maddəsi olmayan təmiz qatıqdan söhbət gedir. Bu cür qatıqlar kalsium yüklü olub mədə funksiyalarını yaxşılaşdırır. Kərəviz və ya kök kimi tərəvəzlərlə birlikdə yeyildiyində sizin üçün müdhiş bir vitamin anbarı halına gələcək. Tərəvəzlərin içində olan liflər kalsiumun həzm edilməsinə köməkçi olur. Avokado və ispanaq
İspanaq A vitamini və rübab mənbəyidir. Bu qidaların avokadoda olan sağlam yağlarla birlikdə istehlak edilməsi həzm sisteminizə çox köməkçi olacaq. Yaşıl Çay və limon
Yaşıl çayın limonla birlikdə istifadəsi susuzluğu aradan qaldıran, həmçinin enerji yükləmək üçün mükəmməl bir qarışımdır. Yaşıl çay güclü bir immunitet sisteminə köməkçi olan kateşinlə yüklüdür. Buna limondakı C vitaminini əlavə etsək, çayın təsiri daha da güclənmiş olur. Pomidor və zeytun yağı
Pomidorda olan likopen ürək və damarların fəaliyyətini yaxşılaşdırarkən eyni zamanda, damar tıxanıqlığının və şiş meydana gəlməsinin qarşısını alır. Pomidor zeytun yağı ilə birlikdə yeyiləndə bu, həzmi asanlaşdırır. Habelə likopen erkən yaşlanmanın qarşısını alır. Ət və rozmarin
Qırmızı ət zülal qaynağıdır. Diyetoloqlar ətin soyutma halında yeyilməsini məsləhət görür. Çünki ətin qızardılması kanserogen tərkibin meydana gəlməsinə yol aça bilər. Amma bu problemin qarşısını əti bişirmədən əvvəl rozmarinlə yaxşıca ovaraq ala bilərsiniz. Ümumi nəticə etibarilə bu qidalar insan orqanizminin daha yaxşı fəaliyyət göstərməsini təmin edərək, tez yaşlanmanın qarşısını alır. Başqa sözlə, insana ömrünü uzadır.