Azərbaycanda onkoloji xəstələrin sayı artıb - STATİSTİKA

Azərbaycanda onkoloji xəstəliklərlə xəstələnmə halları artıb.

AzerTaym.az Trend-ə istinadən məlumat verir ki, Azərbaycanda 2011-ci ildə əhalinin hər 100 min nəfəri arasında onkoloji xəstəliklərlə xəstələnmənin göstəricisi 95,8 nəfər olub. 2012-ci ildə bu rəqəm 94,2-yə, 2013-cü ildə 97,5-ə, 2014-cü ildə 101,4-ə çatıb.

2015-ci ildə isə Azərbaycanda əhalinin hər 100 min nəfəri arasında onkoloji xəstəliklərlə xəstələnmənin göstəricisi 106,9 nəfər olub. Ötən il isə bu rəqəm bir qədər yüksəlib və əhalinin hər 100 min nəfərindən 108,5-ində onkoloji xəstəlik olub.






Fikirlər