Əməkdar artist ONKOLOJİ xəstəlikdən əməliyyat olunacaq xəstəlikdən əməliyyat olunacaq
Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Tofiq Hüseynov bu gün əməliyyat olunacaq Bu barədə Ölkə.Az-a əməkdar artist özü məlumat verib: "Yanvar ayından mədəmdə ağrılar var idi, müayinə olundum, məlum oldu ki, şişdir. Hazırda Onkoloji Dispanserdəyəm, 2-3 günə əməliyyat olunacağam. Mənə qarşı əla münasibət var, hələ bir qəpik pulum çıxmayıb və çıxmayacaq da. İnanıram ki, belə çətin günlərimdə işlədiyim Akademik Milli Dram Teatrının kollektivi və rəhbərliyi də mən tək buraxmayacaq, mənəvi dəstəklərini əsirgəməyəcəklər". Qeyd edək ki, Tofiq Hüseynov 1949-cu ildə anadan olub, 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.