Mərkəz rəhbəri: “Dünyadakı qadın hemofiliyalı xəstələrin 10 faizi AZƏRBAYCANDADIR”
“Əgər bu gün dünyada 60 qadın hemofiliyalı xəstə varsa, onun 6-sı, yəni 10 faizi Azərbaycandadır”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova deyib. O, bunu Azərbaycanda qohumlar arasında nikahların çox yayılması ilə əlaqələndirib: “Hər il Azərbaycanda 50-60 hemofiliyalı xəstə qeydiyyata götürülür. Xəstələrin 25 %-ə yaxınını 1-15 yaşlı uşaqlar təşkil edir”. “Hər doğulan uşağın anası daşıyıcıdır. Hemofiliya ağır irsi qan azlığı xəstəliyidir. Əsas hemofiliyalı xəstələr oğlanlar olur. Analar bu xəstəliyi uşaqlarına ötürür. Amma elə bir genetik variantlar var ki, qız uşaqları da hemofiliyalı xəstə ola bilər. Bu, ata hemofiliyalı xəstə və ana ötürücü olduğu halda baş verir” - deyə, mütəxəssis əlavə edib.