Məktəblilərin ən çox şikayətləndiyi xəstəliklər - "Bu 3 bəla..." – VİDEO

ARB TV-nin "Günə doğru" verilişində məktəblilərın hansı xəstəliklərdən şikayətlənməsi haqda reportaj yayımlanıb.

Əvvəlki illərlə müqayisədə bu gün məktəblilər arasında bir çox xəstəliklər artıb. Göz xəstəlikləri, həzm sistemi ilə bağlı olan bir çox problemlər, onurğa sütunu xəstəlikləri uşaqlar arasında çox rast gəlinir. Düzgün və vaxtında qidalanmamaq, gigiyena qayadalarına əməl etməmək sonda məktəblilərin bir çox xəstəliklərə yoluxmasına gətirib çıxarır.

Pediatr Gülnar Abdullayeva deyir ki, bu problemlərlə daha çox ibtidai sinifdə oxuyan uşaqlar qarşılaşır:

"Ən çox qarşılanılan xəstəliklər virus infeksiyalarıdır. Hər hansı məktəbli virusa yoluxubsa, sinifdəki digər uşaqların da bu virusa yoluxma ehtimalı var. Uşaqlar gigiyenik qaydalara düzgün riayət etmədikdə, bağırsaq qurduna yoluxa bilər. Uşaqlarda yüksək qızdırma 3-5 gün çəkə bilər. İştahsızlıq, halsızlıq onların diqqətsiz olmasına gətirir. Belə halda, valideynlərinə məsləhət görürük ki, bol-bol maye, qızdırmasalıcı dərmanlar versinlər".

Telefon, kompüter və televizor. Günün bəlasına çevrilən və uşaqların dəsrliklərdən daha çox marağ göstərdiyi bu üçlük gözlərin zəifləməsinə bilavasitə səbəb olur. Bir vaxtlar yalnız böyüklərdə müşahidə olunan görmə zəifliyi, çəplik, göz quruluğu, göz təzyiqi azyaşlılarda da müşahidə olunur. Təəssüf ki, bütün valideynlər bu mövzuda o qədər məlumatlı deyil. Bəs hansı əlamətlər göz xəstəliklərinin xəbərçisidir?

Əhmət Abdullayev (oftalmoloq): "Bu problemlər zamanında aradan qaldırılmazsa, xronikləşir, qalıcı görməazlığına gətirir. Uşaqlarda ən çox rast gəlinən xəstəlik göz tənbəlliyidir. Digər tərəfdən də çəplik. Əgər uşaq televizora çox yaxından baxırsa, uzun müddət kitab və dəftərdən yazı oxuya bilmirsə, yazarkən sətirləri keçirsə bu artıq göz probleminin bir əlaməti kimi qiymətləndirilir. Dərhal həkimə müraciət edilməlidir".


Son dövrlərdə məktəblilərdə ən sıx rast gəlinən problemlərdən biri də skalyoz, kifoz kimi onurğa sütunu xəstəlikləridir. Parta arxasında düzgün oturmamaq, yazı yazarkən, dərs oxuyarkən qamətini əymək sonda xoşagəlməz mənzərə ilə nəticələnir. Evdə valideynlər, məktəbdə isə müəllimlər buna ciddi nəzarət etməlidirlər.

Tamilla Quliyeva (həkim terapevt) : "Valideynlər uşaqları nəzarətdə saxlamalıdırlar. Bir-iki hərəkətlə məşğul olmalıdırlar. Telefon və planşetlərlə oynayanda onlar düz oturmur. Onların əzələ yaşı işləməyən sütun oturuşmur".

Məktəblərdə tibbi xidmətin göstərilməsi Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli qaydalarıyla tənzimlənir. Bu qaydalara əsasən hər bir ümumtəhsil məktəbində tibbi xidmət göstərən xüsusi otaqlar yaradılıb.

Uşaqlarınızda hər hansı bir narahatçılıq hiss edirsinizsə, onu vaxtında həkim müayinəsinə aparın.






Fikirlər