“Toyuq əti yeməyin!” - Professordan sərt XƏBƏRDARLIQ

Image result for toyuq əti yeməyin

Mütəxəssislər toyuq ətinin təhlükəli olması ilə bağlı növbəti dəfə həyəcan təbili çalıblar. 

Toyuq yeməyin, uşaqlarınıza da yedirməyin” xəbərdarlığı edən mütəxəssislər bu ətin qidalanma şərtlərinə uyğun olmadığını bəyan ediblər.

Bu dəfə də Türkiyəli professor Yavuz Dizdar yeni nəslin normal qidalanması üçün toyuq ətindən mümkün qədər istifadə etməməyi tövsiyyə edib.

Onun sözlərinə görə, sərçədən də kiçik olan 40 günlük cücəni bazara çıxarmaq və insanlara yedirmək düzgün deyil.

Yeni nəslin qidalanmasını sərt tənqid edən Yavuz Dizdar belə deyib: "Normal şərtlərdə 1 saat 40 dəqiqə müddətində bişməsi lazım olan toyuq 20 dəqiqə içində süfrəyə gətirilir. Yeməyin və yedirməyin”.

O, süd məhsullarında da bəzi normaların pozulduğuna işarə edib.

Qeyd edib ki, hazır qatıq və süd kimi məhsulların da istehlak edilməsi düzgün deyil: "Paket ilə həyatımıza daxil olan şorba, qatıq və süd kimi məhsullarını qəti istehlak etməyin". /cebhe






Fikirlər