Ətdən hazırlanan yeməklər kişilərin .. ƏSƏBlərini SAKİTLƏŞDİRİRMİŞ.

image here

Qırmızı ət kişilər üçün faydalıdır.
Kanadanın "McGill" Universitetinin elm adamları qırmızı ətin faydaları ilə bağlı yeni araşdırma aparıb. Belə ki, stresli və ağır iş günündən sonra evə gələn kişiyə verilən bişirilmiş bir parça qırmızı ət onun sakitləşməsinə kömək edə bilər. Araşdırmaya qatılan 82 kişiyə aralarında ət şəkillərinin də olduğu fotolar göstərilib. Onlara hər hansı mətni oxuyan köməkçilərə xəta edəcəkləri təqdirdə, qışqıra biləcəklərini bildiriblər. Bu zaman ət şəkli göstərilən kişilərin daha aqressiv olacağı zənn edilsə də, bu belə olmayıb. Əksinə onlar daha sakit davranmağa başlayıb.
Eksperimenti aparan Frank Kaçanof adlı alim qırmızı ətin sakitləşdirici təsirinin əcdadlarımızdan qaynaqlana biləcəyini qeyd edib. Nəticələri dəqiqləşdirmək üçün araşdırmanın təkrarlanacağı bildirilib.
DANA ƏTİ
İnək, dana əti həm qida maddəsi kimi, həm də müalicəvi-profilaktik baxımdan faydalıdır.
Bir illik dana əti daha keyfiyyətlidir. Bir yaşdan yuxarı mal əti bədənə istilik, quruluq verir və gec həzm olur. Bir yaşdan yuxarı olan inək ətini həl bişirmək, sirkə, ədviyyatlar, o cümlədən darçın işlətməklə yemək məsləhətdir.
Mal əti bədəni qüvvətləndirir, kökəldir. Pəhriz məqsədilə də istifadə olunması münasibdir, sidikqovucu təsirə malikdir.
QOYUN ƏTİ
Ümumiyyətlə bir qisim insanlar var ki, qoyun ətinin sağlamlıq üçün ziyan olduğunu güman edərək ondan birdəfəlik imtina ediblər. Ancaq bu gümanda bir yanlışlıq var. Əgər digər qida məhsulları kimi qoyun ətindən də qədərində istifadə olunarsa, onun orqanizm üçün faydalarından yetərincə bəhrələnmək olar.
İnsanlar əsasən qoyun ətinin yağlı və piyli olmasına görə bu ətdən istifadə etməkdən çəkinirlər. Ancaq bu düşüncədə olanlar nəzərə almırlar ki, qoyun ətində olan piy, daha çox istifadə olunan mal ətindəki piydən iki dəfə azdır.
İlk növbədə onu qeyd edək ki, qoyun ətindən xörək hazırlayarkən çalışmaq lazımdır ki, ətin yağlı hissəsindən istifadə olunmasın. Belə olan halda qoyun ətindən istifadə etməklə xolesterinin miqdarını aşağı salmaq mümkündür.
ABŞ-ın Pensilvaniya Universitetinin əməkdaşları müəyyən ediblər ki, gündəlik rasionda yağsız qoyun ətinin olması xolesterinin ümumi miqdarının aşağı düşməsinə gətirib çıxarır. Alimlərin apardığı eksperiment nəticəsində xolesterenin miqdarı çox olan insanların rasionuna sutka ərzində
100-150 qram yağsız qoyun əti daxil ediblər. Bir müddətdən sonra həmin insanlarda xolesterenin miqdarı 10 faiz aşağı düşüb.
Qoyun ətindən istifadə zamanı ikinci bir məsələni də diqqətdə saxlamaq lazımdır. Qoyun əti ilə birlikdə turş ədviyyatlardan, şüyüddən, nanədən, kəklikotundan, nar turşusundan, limondan istifadə etmək lazımdır.
Qoyun əti bədənə qüvvət verir, qanı artırır, orqanizmin itirilmiş enerjisini bərpa edir, daxili orqanları möhkəmləndirir.
AĞ ƏTİN FAYDALARI
Ağ ət olaraq həftədə 2-3 gün cücə - toyuq ətindən istifadə etmək məsləhət görülür. Yumurtadan sonra ən keyfiyyətli zülal qaynağı olan cücə ətinin 100 qramı gündəlik zülal ehtiyacımızın 40-50 %-ni qarşılayır. Bununla birlikdə toyuq əti vitamin B12, vitamin B6, selenium, fosfor, dəmir baxımından da zəngindir. Toyuq ətinin qısa lifli quruluşu səbəbi ilə həzmi də asandır. Qış aylarında tərəvəz və limon əlavə edilməklə hazırlanan toyuq şorbaları immunitet sistemini qüvvətləndirir, xəstəliklərə qarşı bədəni qoruyur. Çiy toyuğu qaynadarkən dərisini çıxarmaq məsləhətdir. Əgər toyuğu dərisi ilə birlikdə qaynatsanız, o zaman qaynatdığınız toyuğun suyunu istifadə edərkən üzərinə yığılan yağları ataraq istifadə etməlisiniz. Toyuq əti əslində olduqca bərəkətli bir ətdir. Toyuğun qaynadılmış suyundan şorba, plov bişirilməsində də istifadə edə bilərsiniz. Qaynadılmış əti sobada tərəvəzlərlə bişirdikdə daha çox ləzzətli və sağlamlıq üçün faydalı olur.
Gündəlik kifayət qədər zülal ala bilmək üçün toyuq ətini qaynadaraq salatlarınızı zənginləşdirə bilərsiniz. Eyni zamanda toyuğun ağ ətini soyuq qəlyanaltı kimi də qəbul etmək olar. O səbəblə əgər çalışırsınızsa, evdə toyuq ətinindən buterbrod hazırlayaraq yanınızda daşıya bilərsiniz. Ancaq yay
aylarında toyuq ətinin tez xarab olduğunu da unutmayın, isti havada dörd saatdan daha çox saxlanılmış toyuq ətini yemək məsləhət deyil.

Ətdən hazırlanan yeməklər kişilərin əsəblərin sakitləşdirirmiş...






Fikirlər