DİQQƏT: "Starbucks" qəhvələrini içməyin, öldürücü bakteriya TAPILDI

DİQQƏT: "Starbucks" qəhvələrini içməyin, öldürücü bakteriya tapıldı

"BBC" şirkətinin apardığı araşdırma məşhur qəhvə şəbəkələrində insan sağlamlığı üçün təhlükəli olan koliform bakteriyalarının olduğunu üzə çıxardı.

AzerTaym.az ölkə.az-a istinadən xəbər verir ki, qəhvə şəbəkələri arasında məşhur "Starbucks" və "Nero"nun da adı var.Alınan qəhvə nümunələri laboratoriya şəraitində incələnib. Məlum olub ki, "Costa Cafe" məhsullarında 7/10, "Caffe Nero" və "Starbucks" məhsullarında isə 3/10 nisbəində koliform bakteriyaları (bağırsaq çöpləri) var. Koliform bakteriyaları xəstəliyə səbəb olan patogenlər daşıdığı üçün insan sağlamlığına təhlükəlidir.

İngiltərə ətraf mühit sağlamlığı institutunun mütəxəssisi Toni Luis məsələ ilə bağlı çox narahat olduğunu bildirib. Luis bu bakteriyaların insan sağlamlığına təhlükə yaradan xəstəliklərin mənbəyi olduğunu qeyd edib və qidalarda hansı nisbətdə olursa olsun, mövcud olmaması lazım olduğunu bildirib.

"Starbucks" şəbəkəsinin mətbuat xidməti gigiyena və təmizlik məsələsinə çox önəm verdiklərini, müştəri sağlamlığının hər şeydən üstün olduğunu bildirib. Mətbuat katibi iddialarla bağlı araşdırma başladığını qeyd edib.






Fikirlər