Azərbaycanın bu rayonunda şəlaləyə baxmaq PULLU oldu - FOTO
Oğuz rayonunda yerləşən "Xal-xal" istirahət mərkəzində bütün xidmətlər pulludur. AzerTaym.az azxeber.com-a istinadən xəbər verir ki, ərazidə yerləşən şəlaləyə baxmaq üçün də pul tələb olunur.
Belə ki, şəlaləyə keçid üçün 1 manat vermək lazımdır.
Bundan başqa şəlalədə qayıqla gəzinti üçün də 10 manat tələb olunur.
Həmin ərazidən çəkilən fotonu təqdim edirik: