İnsan ətindən “Moskovski“ “Servelat” kolbasası- Paytaxt yaxınlığında RƏZALƏT

İnsan ətindən “Moskovski“ “Servelat” kolbasası- Paytaxt yaxınlığında rəzalət 

Ekspertlər: “Kolbasaların tərkibinə adam əti də daxil olmaqla hər cür murdar şey qatılır...”

Yəqin ki, söhbət küçələrdə, tində-bucaqda ölüb-qalan kimsəsiz “bomj”ların, “alkaş”ların ətindən gedir....
Paytaxt yaxınlığındakı ət kombinatlarından birində istehsal edilən kolbasaların tərkibində insan ətinin də olduğu aşkarlandı. 
Moderator.az “İzvestiya” nəşrinə istinadla yazr ki, söhbət Rusiya paytaxtı yaxınlığında, “Mortadel” ət kombinatından gedir. 
Bu dəhşətli nəticəni Rusiya Tibb Elmləri Akademiyasının Qida İnstitutunun alimləri həmin kombinatdakı ət məhsulları nümunələrinin tədqiqi zamanı aşkar ediblər. Ekspertlər kolbasaların tərkibinə insanın əzələ toxumalarının təsadüfən düşməsini istisna ediblər. Alimlər insan əti komponentlərini eyni vaxtda Azərbaycanda da məşhur olan iki məşhur kolbasa brendinin tərkibində aşkar ediblər: “Kral” və “ Dənəvər servelat”... 
Maraqlıdır ki, Puşkin rayonunun Naqornoye kəndində yerləşən kombinatda ət məhsullarının hazırlanması ilə bağlı digər texniki şərtlərə əməl edildiyi məlum olub. Yəni, fərasətli işbazlar “təmiz” iş görüblər...
Sözügedən institutun laboratoriya rəhbəri aşkar etdikləri faktdan dəhşətə gəldiyini, son illər belə bir rəzalətlə qarşılaşmadığını bildirib. 
O da məlum olub ki, indiyədək heç bir jurnalistin bəhs edilən kombinatda araşdırma aparmasına imkan verilməyib. 
Hazırda insan ətinin ət kombinatına necə, hansı yollarla, kimlər tərəfindən daxil edildiyi tibb ekspertləti və hüquq-mühafizə orqanları tərfindən araşdırılır...

 






Fikirlər