Kərə yağı və yumurta bu məhsulları bahalaşdırdı - SİYAHI

Azəraycanda son günlər yeyinti məhsullarının bir neçəsinin qiymətində artım müşahidə olunub. Belə ki, kiloqramı 14,8 manata satılan yağının qiyməti 15,2 manat olub.

Yumurtanın da qiyməti 30 faiz qalxıb. Əvvəllər bir ədədi 12 qəpiyə satılan yumurta hazırda 16 qəpikdir. Yuxarıda qeyd olunan məhsullarının qiymət artımı bu ərzaqlardan asılı olan digər məhsulların da qiymətinə təsir edib.
Unikal.org paytaxtın bir neçə marketində monitorinq aparıb. Məlum olub ki, yerli istehsal olan şokoladlar 10-15 faiz bahalaşıb. Qiymət artımı şirniyyat məhsullarından da yan keçməyib. Onların da qiymətində 8-10 faiz bahalaşma qeydə alınıb.
Ölkədə şokolad istehsalı ilə məşğul olan zavodlardan biri Unikal.org-a qiymət artımını təsdiqləyib. Bildirilib ki, məhsulların hamısında deyil, bir neçəsinin qiymətində bahalaşma var.
Ekspertlər kərə yağının bahalaşmasını məhsula olan tələbatın artması ilə izah edirlər. Yumurtanın qiymət artımı ilə bağlı heç bir açıqlama verilmir.






Fikirlər