ÖLKƏDƏ SÜRƏTLİ BAHALAŞMA GEDİR – Ərzaq məhsullarının topdansatışı dayandı

 

31456Son günlərdə satış mərkəzlərində və iri marketlərdə  ərzaq məhsullarının qiyməti bahalaşıb. Fins.az xəbər verir ki, satışla məşğul olan şəxslər bunu Azəzbaycanda dolların manata nisbətən məzənnəsinin artması ilə izah edirlər.

Müşahidələr isə göstərir ki, qiymət artımı təkcə xaricdən gətirilən mallarda deyil, yerli istehsal olan məhsullarda da baş verib. Bu siyahıda “Azərsun Holdinq”in istehsal etdiyi məhsullar da var.

“Azərsun” da məhsulları bahalaşdırıb

Şirkətin ictimaiyyətlə əlaqələr departamentnin rəhbəri Afiq Səfərov qiymət artımını inkar etməyib.  Bildirib ki, son  günlərdə “Azərsun”un məhsullarında 5-6 faizlik bahalaşma  baş verib. Bu da xammalın maya dəyərinin artması ilə bağlıdır. Şirkət rəsmisi qiymət artımı ilə bağlı rəsmi açıqlama yayacaqlarını da qeyd edib.

Qiymətlər nə qədər artıb?

azersunun_mallari_qQeyd edək ki, şəkər tozu əvvəl marketlərdə 1 manat 10 qəpiyə satılırdısa, indi  1 manat 30 qəpiyədək bahalaşıb. Gündəlik tələbat məhsulu olan yumurta isə 11 qəpikdən 14 qəpiyədək bahalaşıb. Kənd ymurtasının qiymətində də artım bu qədərdir –  14 qəpikdən  18 qəpiyə qalxıb.

Daha bir gündəlik tələbat məhsulu olan daha bir  ərzaq – yağların qiymətində də  ciddi bahalaşma  baş verib. Məsələn, “Westgold” yağının 1 k q-nın topdansatış qiyməti 6,7 manatdan 7,1 manata qalxıb.

Qiymət artımı sərinləşdirici  içkilərdə də müşahidə edilir. 0,5 litrlik qablaşmada “Coca Cola” əvvəl 34  qəpiyə satılırdısa, indi 51 qəpik olub. Həmin içkinin 1 litrlik qablaşması isə 82 qəpiyə satılır. Buna qədər isə  60 qəpik idi.

Topdan satış dayanıb

Qiymətlərin artımı ilə yanaşı, mağazalara mal buraxılması da məhdudlaşdırılıb. Bəzi topdansatış  mərkəzləri son günlər marketlərə mal vermirlər. Topdansatıçılar mağazalara ancaq  əvvəl satdıqları malların pulunu almaq üçün gəlirlər. Mağazalarda bunu qiymət artımının gözlənilməsi ilə izah edirlər. Topdansatış şirkətlərində isə bildirirlər ki, belə hallar varsa, bu marketlərin indiyədək aldıqları malı satıb pulunu verməməsi ilə bağlıdır.






Fikirlər