BİNƏQƏDİ İFLİC VƏZİYYƏTDƏ! – Yüzlərlə sakin küçələrdə + FOTO

1506597485_1506597465_1506581895_22007860_1695543593811399_4204843488498285596_n

Yolda bir nəfər də olsun DYP əməkdaşı gözə dəymir!

Dünən intensiv yağan yağış Binəqədi yolunu gözlənildiyi kimi iflic vəziyyətinə salıb.

BakuPost.az xəbər verir ki, hazırda tıxacın ucu-bucağı görünmür. Üstəlik, yaranmış gölməçələr yolu keçilməz edib.

Aidiyyəti qurumların əməkdaşları bu acınacaqlı durumu nəinki aradan qaldırmağa çalışır, hətta vəziyyətin daha da pisləşməsi üçün göstərişlər verilir. Məsələn? gündüz saatları olmasına baxmayaraq, həmin yollara ağır yük maşınlarının buraxılır. Bundan əlavə, həmin yoldan – Azadlıq prospektindən istifadə edən bütün marşrutlara alternativ Biləcəri yolundan istifadə etməmək tapşırılıb. Beləliklə, onlarla avtobusda yüzlərlə sərnişin tıxacda saatlarla gözləməli olub.

Həmin yolun 6 aydan çoxdur, əsaslı təmirə dayandığı bildirilsə də payıza kimi yol təmiri bitmədi və keçən ilki problem olduğu kimi qaldı. Qazılmış çökəklər, torpaq isə yağış suları ilə dolaraq keçilməz bataqlığa çevrilib.

Bakının “Cəhənnəm yolu”ndan çəkilən fotoları təqdim edirik:

1506597711_big_1476692421_14625297_1129355457101501_224891264_n-1

1506597489_10984_0

1506597485_1506597465_1506581895_22007860_1695543593811399_4204843488498285596_n

1506597526_1506597489_1506581975_22007949_1695543527144739_3033837477088220164_n






Fikirlər