Qanunsuz OVA GÖRƏ 165 nəfər SAXLANILDI

Qanunsuz ova görə 165 nəfər saxlanıldı

Bu ilin 11 ayı ərzində qanunsuz ovla məşğul olan 165 vətəndaş saxlanılıb.

Bu barədə AzerTaym.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, respublika ərazisində çöl quşları və vəhşi heyvanları qanunsuz ovladıqlarına görə saxlanılan 145 ov tüfəngi, 601 patron, 69 ədəd quş və heyvan götürülüb.

Qanun pozucuları barəsində protokollar tərtib edilərək 131 nəfərə 133793 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, 34 fakt üzrə təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.

Eyni zamanda keçirilən reydlər zamanı ayrı-ayrı ictimai-iaşə obyektlərində vəhşi təbiətdən qanunsuz götürülən quş və heyvanların qeyri-sərbəst şəraitdə, qəfəsdə saxlanılması ilə bağlı 17 fakt aşkar edilib. Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat məbləğində cərimə olunub, vəhşi quş və heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.






Fikirlər