Supermarketdə işləyən 17 yaşlı qızdan ŞOK fırıldaq - BAKIDA QƏRİBƏ Hadisə

Supermarketdə işləyən 17 yaşlı qızdan şok fırıldaq - BAKIDA QƏRİBƏ HADİSƏ 

Bakıda supermarketdən bonus kartları vasitəsi ilə xeyli oğurluq edilməsi faktının üstü açılıb.

AzerTaym.az lent.az-a istinadən bildirir ki, Xətai rayonu ərazisində yerləşən "Meqastore" mağazasına məxsus ofisdən polisə oğurluq faktı ilə bağlı müraciət daxil olub. Aparılan ilkin araşdırma zamanı orada kassir işləyən 2001-ci il təvəllüdlü Nəbiyeva Röya İslam qızının tanışı 1993-cü il təvəllüdlü Bayramlı Vasif Yaşar oğlu ilə birgə bonus kartları vasitəsi ilə ümumi dəyəri 5700 manat olan müxtəlif növ ərzaq məhsullarını oğurlaması faktı üzə çıxıb.

Hər iki şəxs obyektin mülkiyyətçisinin şikayətinə əsasən polis tərəfindən saxlanılıb.

Faktla bağlı Xətai RPİ-nin 36-cı PB-də araşdırma aparılır.






Fikirlər