Dişləri AĞARDIR dərini CAVANLAŞDIRIR...

Dişləri ağardır, dərini cavanlaşdırır...

Amerika, Afrika və Avropa ölkələrinin mətbəxində əsasən ədviyyat kimi istifadə olunan cəfərinin bir çox faydası var. Bəs, bu bitkinin faydalı xüsusiyyəti haqda nə bilirsiniz?

Axşam.az xarici KİV-ə istinadən bu barədə məlumat verir:

1. Cəfərinin tərkibində orqanizm üçün lazım olan A, B, C, K, E, PP vitaminləri, fol turşusu, maqnium, kalium, kalsium,dəmir, yod, marqanes, sink var.

2. Cəfəri iştahanın artması, anemiya, anoreksiya, depressiya, mədə yarları və qastrirlər, revmatizma, həzm sistemi pozğunluqları zamanı çox faydalıdır. 

3. O, qəbizliyin müalicəsi üçün vacib qidalardan sayılır. 

4. Cəfəridən davamlı olaraq istifadə eləmək qaraciyərin içinin stimulyasiya olunmasına səbəb olur. 

5. Cəfəri dişlərin ağarmasına, diş və diş əti xəstəliklərinin sağalmasına səbəb olur. 

6. Xalq təbabətində cəfəridən arterial təzyiqin aşağı salınması, ödqovucu, ümumi möhkəmləndirici və sidikqovucu məqsədlərlə istifadə edilir.

7. Onun qanda şəkərin miqdarını nəzarətə almaq və aşağı salmaq qabiliyyəti var. 

8. Tərkibində marqanesin çox olması cəfərinin sümük iliyinin bərpa olunmasına səbəb olduğunu təsdiq edir. 

9. Cəfəri çeynəmək nəfəsi təravətləndirir və hətta  ağızdan gələn sarımsaq iyinin aradan qalxmasına səbəb olur.

10. Cəfəridən kosmetologiya sahəsində də geniş istifadə olunur. Onun tərkibində A vitamninin çox olması dəridəki qırışların aradan qalxmasına, dərinin rənginin durulaşmasına, tonuslanmasına səbəb olur.

11. Cəfəridən hazırlanan dəmləmə dəridəki qara nöqtələrdən xilas olmağa yardım edir. Bunun üçün 50 qram cəfərini 500 ml suda 15 dəqiqə qaynatmaq və soyuduqdan sonra gündə 3 dəfə bu dəmləmədə isladılmış tamponla üzü silmək lazımdır.






Fikirlər