Qafqazlıların uzunömürlülük SİRRİ - Dietoloq AÇIQLADI

Qafqazlıların uzunömürlülük SİRRİ - Dietoloq açıqladı

Rusiyalı dietoloq Andrey Bobrovski kababı Qafqaz xalqlarının uzunömürlülüyünün əsası adlandırıb.

Publika.az xəbər verir ki, o, bir çox qidalanma mütəxəssislərinin ətin ömrü qısaltması ilə bağlı səsləndirdiyi fikirləri təkzib edib.

"Məşhur Qafqaz uzunömürlülüyünün sirri ətdədir. Aydındır ki, dünyanın o yerlərində hava daha təmizdir, suyun dadı fərqlidir, meyvə-tərəvəz daha çox yetişdirilir, amma son araşdırmalara görə uzunömürlülüyə səbəb olan ən vacib amillərdən biri yağın tərkibidir", - həkim "Sputnik" radiosuna müsahibəsində bildirib.

Quzu Kababı - YouTube

<ins'>

Dietoloqun fikrincə, ət və balıqda olan doymamış yağlar vacibdir. Qafqazda quzu əti kabab üçün istifadə olunur ki, onun da tərkibi yetkin qoçun ətindən fərqlənir. Ancaq həkim donuz əti kababının tərkib baxımından faydalı olmadığını söyləyib: "Bu vəziyyətdə quzu əti düzgün bişirilməli və yeyilməlidir. Əti manqalda qızartmaq əlverişlidir, çünki bütün artıq yağları çıxara bilər. Ət yeyərkən eyni miqdarda tərəvəz və göyərti istifadə edin".

Restoran - Kürə Pizza - Metbexler.az






Fikirlər