“İNSANLAR çətinə düşəndə bir-birini qoruyur, başqa vaxt EQOİST olurlar“

Gülər Məmmədova | Gənc Ailə

Biz millət olaraq yumruq şəklində birləşməyi bacarırıq. Lakin bu fövqaladə hallarda özünü daha çox büruzə verir”.

AzerTaym.az bildirir ki,bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Gülər Məmmədova söyləyib. O, pandemiya və 44 günlük müharibənin insanlarda aqressiya yaratdığını bildirib:

“İnsan psixologiyası ünsiyyət zamanı formalaşır, inkşaf edir. İnsanlar nə qədər tək qalmağa çalışsa da cəmiyyətin içində olmağı hər zaman arzulayırlar.

Keçən il pandemiya səbəbindən hər kəs evinə məhkum oldu, qorxu və vahiməyə qapıldılar, ətrafda canlanma yox idi. Pandemiya, karantin, 44 günlük müharibə insanlarda gərginliyin, aqressiyanın artmasına səbəb oldu. Şəhidlərimizin olması, hər an prezidentdən bir xəbər gözləmək, aldığımız sevincli xəbərlər, göz yaşları....

Bu hadisələr insan psixikasında boşluğu doldursa da müəyyən qədər iz buraxır. İnsanlar müharibə zamanı birlik nümayiş etdirdilər. Biz millət olaraq yumruq şəklində birləşməyi bacarırıq. Lakin bu fövqəladə hallarda özünü daha çox büruzə verir. Şəxsiyyət situasiyada tanınır. Situasiya olan zaman insanların qarşlıqlı həmrəyliyi birliyi nümayiş olunur. Lakin pis günləri gözləməməliyik, normal həyatımızda da bu birliyi nümayiş etdirə bilərik”.

Gülər Məmədova hər kəsin psixologiyasının eyni olmadığını vurğulayıb:

“Fövqəladə hallardan sonrakı birlik qaçınılmazdır. Hər kəsin psixologiyası eyni deyil, insanlar fərdi davranışlar sərgiləyirlər. İnsan elə hadisələrlə üzləşir, elə şeylər görür ki, beyni yorulur. İnformasiya bolluğunun çox olduğu dövrdə yaşayırıq.

İnsanlar çətin anlarda bir-birini qoruyur, digər dönəmlərdə isə eqoist davranır, özünü düşünür.

Biz qalib dövlət olduğumuzu unutmayıb, stabil həyatımızda da davranışlarımıza diqqət etməliyik”.






Fikirlər