İlyas Əfəndiyevin xatirəsinə...
Unuda bilmirəm, bilmirəm səni! Mahnı o mahnıdır, dağlar o dağlar, Dağlar arxasında üç dost taparam.
Bəs hanı Şahnazın şaqraq gülüşü?
Hardasa bir qərib ovçu da ağlar,
Onun bu daglarda daha nə işi?
Burda məskən salıb körpüsalanlar,
Hərəni bu yerə tale gətirib.
Ö gözəl sevgini qınamasınlar,
Neyləsin Səriyyə, neyləsin Qərib?
Hərdən yolum düşər Söyüdlü arxdan,
Ah çəkib gizlicə köks ötürərəm.
Muradım gözümdə qalıbdı çoxdan,
Nuriyyə də bəlkə elə özüməm?
İlahi, budurmu mənim günahım?
Nargilə tək mən də aşiqəm ona.
Ustad, öyrət mənə necə inanım
Cəhənnəmdə vüsal olacağına?
Mənim məhəbbətim boy çiçəyidir,
Nə şaxta, nə sazaq onu qurutmaz!
İnan ki, məhv olmuş gündəliklərdir,
Sevən sevdiyini heç vaxt unutmaz!
Qaçıb bu şəhərdən günün birində
Qayğısına qalıb Səlimənin də
Ona bacı kimi həyan olaram.
Xoşbəxt doğulmuşam mən ki anadan,
Bahar suları tək qəlbim təmizdir.
Ağlama, nə olar, qəribə oğlan,
Bu- bizim qəribə taleyimizdir.
Elə darıxarsan mənimçün, elə
Hər yerdə axtarar məni gözlərin.
Kənddən məktublar da yazaram sənə
Yazaram, qəlbini sıxma, əzizim.
Sən də daglara gəl, qalxaq zirvəyə,
Bəlkə o yerlərdə nicat taparsan.
Sən Allah, yazıqsan, baxma geriyə,
Qorxuram vaxtından tez qocalarsan.
Qarlı gədikləri aşarıq qoşa,
Qış bitər, tez gələr o zaman yay da.
Beləcə bir ömür yaşarıq qoşa
Sevgidən hörülmüş büllur sarayda.
Canımı alsınlar inan razıyam
Haqqımı almasın namərdin biri.
Nə hökmdar qızı,nə xan qızıyam
Tərlanəyəm, sanma Natəvan məni.
Mən ki zalımlardan ummadım imdad
Sevdim sənətini aglım kəsəni.
Həmişə mənimləsən, ey böyük ustad!
Unuda bilmirəm, bilmirəm səni!
Tərlanə Yaqubqızı