Koronavirus, yoxsa qrip? - Bu əlamətlərə diqqət edin ...

COVİD yoxsa qrip?

Koronavirusun variantlarından biri olan Eris ABŞ və Avropada geniş yayılıb. Artıq Türkiyədə də 9 nəfərdə yeni virus aşkarlanıb. 

Qripin əlamətləri, qızdırma, titrəmə və öskürək kimi simptomlarla qarşılaşanlar Erisdən şübhələnirlər.

Bakupost.az koronavirusun yeni variantı Erisin əlamətlərini təqdim edir:

Eris, yoxsa qrip?

Yunan fitnə və nifaq ilahəsinin adını daşıyan Eris variantının simptomlarına şiddətli boğaz ağrısı daxildir.

Öskürək, baş ağrısı, yorğunluq, qızdırma, nəfəs darlığı, bədən ağrıları, dad və qoxu itkisi də Erisə işarə edir.

Tənəffüs yollarının infeksiyaları daha çox burun axması, gözlərin yanması, asqırma və yüksək hərarətlə xarakterizə olunur. 






Fikirlər