EKOLOGİYA NAZİRLİYİNDƏN balıqçıların etirazına - REAKSİYA
"Onlar qanunsuz balıq ovu ilə məşğul olanlardı" Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün səhər saatlarında Neftçalanın əsasən Qoltuq və dənizkənarı ətraf kənd sakinlərinin Neftçala- Salyan avtomobil yolunu 2 saata yaxın bağlayaraq etiraz aksiyası keçirməsinə münasibət bildirib. "AzerTaym.az" xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında nazirliyin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktoru Rasim Həsənov bildirib. “Bu o deməkdir ki, tərəfimizdən balıq ovu ilə məşğul olanların , brakonyerliyin qarşısı alınır.Yəni biz qanun çərçivəsində bu şəxslərdən tələb edirik ki, qanuni prosedurlara əməl etsinlər, sadələşdirilmiş qaydada balıq ovlama bileti alsınlar. Bizim tələbimiz balıq ovu ilə məşğul olanlardan bundan ibarətdir hər şeyi qanuni qaydada həll etmək mümkündür. Bir daha qeyd edirəm, hər bir balıqçı qanuna müvafiq qaydada balıq ovlama bileti alsın. Qeyd edək ki, sakinlər son günlər ETSN tərəfindən balıq ovuna buraxılmamalarına etiraz ediblər. Belə olan təqdirdə bütün məsuliyyət balıqçıları qanunsuz balıq ovuna sövq edən rayondakı söz sahiblərinin himayədarlarının üzərinə qalır. (Azərtaym.az)
Həmçinin onuda bildirmək istəyirəm ki, bizdə belə bir ehtimal var ki, bununla razılaşmayanlar, bunu təşkil edənlər rayonda qanunsuz balıq ovuna himayədarlıq edənlərdi. Digər tərəfdən biz bu qanuni tələbləri irəli sürməyə bilərik amma brokonyerlik baş alıb gedəndə deyilməsin ki, siz hara baxırsınız”.