Sumqayıt bağçasında uşaqlara keyfiyyətsiz qidalar verilir — Şikayət

Sumqayıt bağçasında uşaqlara keyfiyyətsiz qidalar verilir — ŞikayətUşaq bağçalarında azyaşlılara verilən qidanın keyfiyyəti ilə bağlı şikayətlər artıb.

 AzerTaym.az xəbər verir ki, bunu virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

AİB sədri bildirib ki, rəhbərlik etdiyi təşkilata Sumqayıtda yerləşən 49 saylı uşaq bağçasından şikayət daxil olub. 10 valideyn tərəfindən imzalanan ərizədə bağçaya ayrılan süd, ət və digər ərzaqların uşaqlara verilmədiyi bildirilir.

Valideynlər iddia ediblər ki, uşaqlara vaxtı keçmiş və keyfiyyətsiz ərzaqlardan hazırlanan qidalar yedizdirilir. Bundan başqa, uşaqların təhlükəsizliyi qorunmur”.

E.Hüseynov deyib ki, şikayətlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin uşaq bağçalarına nəzarət edən əməkdaşı Lalə Hacıyevaya müraciət edib: “Lalə Hacıyeva şikayətlə bağlı müraciətə cavab verməyib. Bağçadan da reaksiya verilmir. Buna görə də tədbbir görülməsi üçün Prezident Admnistrasiyasına müraciət edəcəyəm”.

Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən məsələyə aydınlıq gətirilməyib.






Fikirlər