Heydər Əliyev Fondu Həştərxanda uşaqlara bayram şənliyi təşkil etdi -(Fotolar)
"AzerTaym.az"-ın bildirdiyinə görə bayram şənliyi Heydər Əliyev Fondunun təşkilatçılığı, Həştərxan vilayəti Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyi və Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan bölməsinin dəstəyi ilə keçirilib.
Tədbir zamanı uşaqlar üçün Həştərxanlı animatorların iştirakı ilə əyləncəli proqramlar təşkil olunub. Həmçinin uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olnub.
Qeyd edək ki, “Meçta” uşaq kafesi və “Drujba” uşaq bağçası Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində həyata keçirilən müxtəlif genişmiqyaslı layihələrindəndirlər. Bundan əlavə Fond Heydər Əliyev adına 11 nömrəli məktəbə, “Drujba” uşaq bağçasına, “Meçta” uşaq şəhərciyinə daim qayğı göstərir.
Təşkil olunan tədbir yerli KİV-lərin marağına səbəb olub. Həştərxan vilayəti beynəlxalq və xarici iqtisadi əlaqələr naziri D.A.Afanasyev tədbirdə iştirak edən jurnalistlərə Həştərxan vilayəti və Azərbaycan arasında ikitərəfli münasibətlərin cari və perspektiv vəziyyəti barədə məlumat verib.