Peşəkar güləşçimiz Həştərxanda narkotiklə tutuldu

Peşəkar güləşçimiz Həştərxanda narkotiklə tutulduRusiyanın Həştərxan vilayətində hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşını həbs edib.

Virtualaz.org saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, həmin şəxsin 23 yaşı var, o, narkotik maddələrin satışını və hazırlanmasını təşkil edən mütəşəkkil qrupun lideridir.

Adı açıqlanmayan bu şəxsin idmanın yunan-Roma güləşi növü üzrə peşəkar idmançı olduğu bildirilir.

Rusiya Narkotiklərə Nəzarət üzrə Federal Xidmətin regional idarəsinin əməkdaşları tərəfindən həbs edilən idmançının başçılıq etdiyi qrupa 4 Həştərxan sakini daxil olub.

İdarənin rəsmisi Oleq Makeyev deyib ki, onlar bir gecə ərzində sintetik narkotikləri qablaşdırmaq və saxlamaq üçün 300-ə qədər gizli saxlanc yeri hazırlayıblar. Saxlanılanların barəsində cinayət işi qaldırılıb, istintaq gedir.






Fikirlər