Sumqayıt şəhər Bələdiyyəsinin süründürməçiliyindən bezən bir qrup Sumqayıt sakini cumhuriyət.az-ın elektron poçtuna şikayət məktubu göndərib
Şikayət məktubunda bildirilir ki, Sumqayıt şəhər Bələdiyyəsinin 2008-ci ilə qədər vətəndaşlara verdiyi torpaq sahəsinin arxiv sənədləri yandırılıb.
Bələdiyyə sədri Ə.Babayevin şikayətçilərə bildirdiyinə görə,həmin illərdə vətəndaşlara ayrılan torpaq sahələrinin ancaq qeydiyyat jurnalı saxlanılır.Həmin jurnalda isə rüsum ödənişi və digər sənədlər haqqında heç bir məlumat yoxdur.
Aydın məsələdir ki, vətəndaş rüsum ödəmədiyi halda Sumqayıt Bələdiyyəsindən ona heç bir rəy verilməzdi.Sumqayıt şəhər Bələdiyyəsinin sədri Ə.Babayevin bu maxinsaiyası Sumqayıta 1 ay öncə təyin edilmiş Z.Fərəcova qarşı sünü narazılıq yaratdığı bildirilir. Nədən ki, Z.Fərəcov bələdiyyə sədri Ə.Babayevi ilk müşavirəsində möhkəm danladı və Masazır Bələdiyyəsini ona nümunə göstərdi. Onu fəaliyyətsizlikdə suçladı. Fəaliyyəti dövründə nə işlər gördüyü haqqında hesabat tələb etdi. Əvəzində Ə.Babayev başını aşağı salmaqla cavab vermiş oldu. Başçı 10 və 25 saylı marşrut avtobusların yollarının təmirinə konkret olaraq 10 gün vaxt da vermişdi.
Şikayətçilər daha sonra cumhuriyyet.az-a bildirir ki, prezident İlham Əliyevin vətəndaşlara məxsus torpaq və tikililərin sənədləşdirilməsi haqqında verdiyi, məlum sərəncama Sumqayıt şəhər Bələdiyyəsinin sədri Ə.Babayev məhəl qoymur. Sonda Sumqayıt Bələdiyyəsindən şikayətçilərə bildirilib ki, onlar yenidən rüsum ödəməlidirlər. 0,6 ha torpaq sahəsinə görə rüsum və alqı – satqı vətəndaşa 4,500 AZN-ə başa gəlir. Şikayətçilər bu məbləği ödəmək gücündə olmadıqlarını bildirirlər. Torpaq dəllallarını vətəndaşların imkansızlığı elə də maraqlandırmır.Hər kəsin bankların kredit faizləri altında inlədiyi bir vaxtda, Bələdiyyə sədri Ə.Babayev , “ Keçi can hayında, qəssab piy axtarır” deyimini heç ağlının ucundan da keçirmir.Və yaxud Bələdiyyədə əsas meyar: Yağmala, sat. “Qaz vur, qazan doldur” dur.