İnşaat şirkətləri Bakıda “XURUŞOVKA”ların sakinlərini RİSKƏ ATIR

Bakıda köhnə tikililərin, xüsusən də “Xuruşovka” adlandırılan binaların sökülərək yerində yenilərinin inşası prosesi başlayıb. Bu barədə Modern.az-a məlumat verən iqtisadçı Vüqar Bayramov bildirib ki, inşaata məsul olacaq şirkətlər mənzil sahiblərinin adətən 2 illik kirayə haqlarını ödəyən və həmin müddətdən sonra inşa ediləcək binada onlara yeni mənzillər təklif edən müqavilə əsasında söküntü işləri həyata keçirirlər:

“İlk baxışdan inşaat şirkətlərinin təklifi normal təsir bağışlayır: bina inşa edilənədək kirayə haqqı ödənilir və daha sonra köhnə binadakı mənzil sahibi yeni və sahəsi müqayisəli şəkildə böyük olan mənzilə sahib olur. Amma proses heç də belə sadə olmaya bilər. Belə ki, risklər sığortalanmadığından gələcək inşaat şirkəti öhdəliyini yerinə yetirə bilməsə, o zaman vətəndaşın yeni mənzili necə əldə edəcəyi mexanizmləri bəlli deyil.

Məsələn, təsəvvür edək ki, şirkət sakinlərə kirayə üçün ödəniş etdi, köhnə binanı sökdü və yeni binanı inşa edən zaman o müflis oldu, tikintini başa çatdıra bilmədi”.
Bu halda, sakinləri yeni mənzillər ilə hansı şirkət təmin edəcək?

 Ekspert deyib ki, sakinlər ilə inşaat şirkətləri arasında bağlanan müqavilələrdə bu hallar nəzərə alnmır:

“İnşaat şirkətlərinin aktivləri az olduğundan bu zaman tikintinin başa çatdırılması üçün tələb edilən xərcin aktivlərini sataraq ödəmək də mümkün deyil. Buna görə də, gələcəkdə belə hallar baş verən zaman sakinlərin mənzilsiz qalmaması üçün yeni mexanizmlərin hazırlanıb tətbiq edilməsnə ehtiyac var. Tikinti şirkətləri üçün risklərin sığortalanması işə başlamaq üçün əsas tələblərdən biri olmalıdır. Tikinti firması öz risklərini sığorta şirkətində sığortaladıqdan sonra ona inşaata aparmaq icaizəsi verilməlidir. Evini tərk edib, kirayə qalan sakin əmin olmalıdır ki, bütün hallarda o yeni mənzil ilə təmin ediləcək”.

 






Fikirlər