09.02.2014. - Olimpiadanın açılışı günü Soçidə körpələr rekord vurdular

09.02.2014. -  Olimpiadanın açılışı günü Soçidə körpələr rekord vurdular
09.02.2014. -  Olimpiadanın açılışı günü Soçidə körpələr rekord vurdular








Olimpiadanın açılışı günü Rusiyanın Soçi şəhərində rekord sayda uşaq doğulub.

AzerTaym.az xəbər verir ki, bu informasiyanı Reuters agentliyi yayıb.

Doğulan oğlanlardan biri Soçi Olimpiadasının açılış vaxtına, saat 20.14-ə təsadüf edib. Həmin açılış axşamı 7 uşaq dünyaya gəlib, onlardan 4-ü oğlan, 3-ü qız olub. Ümumilikdə isə fevralın 7-də son 10 il ərzində rekord sayda - 34 uşaq doğulub, onlardan 24-ü oğlan, 10-u isə qız olub.

Xatırladaq ki, 22-ci Qış Olimpiadasının açılış mərasimi Soçi şəhərinin “Fişt” stadionunda saat 20.14 dəqiqədə başlayıb. Olimpiadaya isə fevralın 23-də son qoyulacaq






Fikirlər