Səudiyyəli NAZİRİN istefası neftin qiymətini qaldırdı
Dünya bazarlarında neftin qiyməti yenidən bahalaşıb. Ölkə.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının neft naziri Əli ən-Nuayminin istefası neftin qiymətlərini artırıb. Bu gün London birjasında "Brent" markalı neftin 1 barelinin qiyməti artaraq 46,48 dollar olub. "Bloomberg"in proqnozuna görə, bundan başqa neftin qiymətlərinə Kanadada davam edən meşə yanğınları da təsir edəcək və "qara qızılın" qiymətləri daha da artacaq.