Kanada kəşfiyyatından Rusiya ilə bağlı - MƏLUMAT

Rusiya müharibəyə hazırlaşır.

 Axar.az xəbər verir ki, bu sözlər Kanada Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin ekspertlərinin hazırladığı hesabatda yer alıb. 104 səhifəlik hesabatda ekspertlər Rusiyanın xarici və daxili siyasətindəki dəyişiklikləri analiz ediblər. Ekspertlərin fikrincə, rəsmi Moskva bundan sonra da öz ekspansiyasını davam etdirəcək:

 “Kreml xaricdəki təsir zonasını artıracaq. Moskva yeni hərbi cəbhə açacaq və burada günahkar olduğunu Ukraynada olduğu kimi gizlətməyəcək. Rusiya Şimali Amerika və Avropa ilə əməkdaşlıq etmək istəmir. Moskvaya tətbiq edilən sanksiyalar onun siyasətinin dəyişməsinə yardım etməyib”. 






Fikirlər