Ərdoğandan təcili iclas - İlk açıqlamasını verdi

“Ərdoğandan təcili iclas - İlk açıqlamasını verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində baş vermiş dəhşətli terrorla bağlı təcili iclas çağırıb.

“Qafqazinfo”nun Anadolu Agentliyinə istinadən məlumatına görə, toplantıda Baş nazir Binəli Yıldırım və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar da iştirak ediblər.

Prezident iclasdan sonra qısa açıqlama verib:

“Atatürk Hava Limanındakı hadisəni şiddətlə qınayıram. Terror bir daha öz qaranlıq üzünü ortaya qoydu. Bu, 7,5 milyard insana qarşı törədilmiş bir hərəkətdir. Qərb bu oyuna qərarlı bir reaksiya göstərməlidir. Bu hücum mübarizə üçün bir dönüş nöqtəsi olsun”.

Qeyd edək ki, hava limanında törədilən terror aktı nəticəsində 28 nəfər ölüb, 60 nəfər yaralanıb






Fikirlər