Hillari Klinton FTB-də 3,5 SAAT dindirilib

Ötən gün sabiq dövlət katibi və Demokratlar Partiyasından prezident postuna faktiki namizəd Hillari Klinton “elektron poçt işi” üzrə Federal Təhqiqatlar Bürosunun müstəntiqləri tərəfindən dindirilib.

Qeyd edək ki, Hillari Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən özünə məxsus şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar apararaq, məxfi xarakterli dövlət məlumatlarının gizlədilməsinə və yayılmasına şərait yaradıb. FTB faktla bağlı ilkin istintaq aparır, lakin, hələlik, Hillari Klinton barəsində cinayət işinin başlanmasına qərar verməyib.

“Hillari Klinton dövlət katibi vəzifəsində çalışarkən elektron poçtundan istifadə etdiyini könüllü şəkildə danışdı… İstintaqa hörmət baxımından o, bu barədə heç bir şərh verməyəcək”, – deyə siyasətçinin mətbuat katibi Nik Merril bildirib.

Onun sözlərinə görə, FTB-nin mənzil-qərargahında baş tutan söhbət 3,5 saat davam edib.






Fikirlər