13.03.2014. - Dünya bu kəşfi gözləyirdi: Xərçəngə qarşı vaksin kəşf edildi!
Professor Leya Ayzenbaxın rəhbərlik etdiyi qrup bu unikal peyvəndin hazırlanması üzərində 30 il işləyiblər.
L.Ayzenbaxın sözlərinə görə, xərçəng xəstəliyinə qarşı yeni effektiv mübarizə metodları xəstəliyin 20-dək növünün müalicəsinə imkan verəcək.
Dünyanın ən nüfuzlu tibbi jurnalı olan "Science" alimlərin bu kəşfini kimyaterapiya ilə müqayisə edərək, xərçəngə qarşı mübarizədə inqilab adlandırıb.
Jurnalın rəyinə görə, bu inqilab öz arxasınca dünya farmakoloyiya industriyasında qlobal dəyişikliklərə gətirib çıxaracaq. Artıq Avropanın dərman şirkətlərindən biri bu kəşfə 540 milyon dollar yatırmağa hazır olduğunu bildirib.
İsrailli alimlərin bu kəşfi həqiqətən də Nobel mükafatına layiq böyük bir açılışdır. Və gec-tez onlar bu mükafatı alacaqlar.