19.03.2014. - Abdullah Gül Krımla bağlı müharibə mesajı verdi

19.03.2014. -  Abdullah Gül Krımla bağlı müharibə mesajı verdi"Hər kəs bundan zərər çəkəcək, bundan dərs çıxarılmalıdır”

Türkiyə prezidenti Abdullah Gül Krımda yaranmış vəziyyəti yeni "soyuq müharibə"nin başlangıcı kimi qiymətləndirib.


AzerTaym.az-ın ans -ə istinadən məlumatına görə, Abdullah Gül Rusiya ilə yaxın münasibətlərinin olduğunu və onlarla bütün istiqamətlərdə görüşlər təşkil etdiklərini vurğulayıb.

Onun sözlərinə görə, "soyuq müharibə"nin başlanacağı təqdirdə hər kəs bundan zərər görəcək.

“Ukraynanın ərazi bütövlüyünü tanıyırıq. Gürcüstanın da ərazi bütövlüyünü dəstəkləyirik. Müttəfiqlərimizlə görüşləri davam etdiririk. Yeni bir "soyuq müharibə" başlamamalıdır. Başlarsa, hər kəs bundan zərər çəkəcək. Bundan dərs çıxarılmalıdır”, - deyə Türkiyə prezidenti bildirib.






Fikirlər