Abdullah Gül: “Rüşvət ört-basdır edilsə, cəmiyyət çürüyər"
Dövlət başçısı ötən ilin yayında baş verən "Gəzi parkı" məsələlərinə də toxunub. Onun sözlərinə görə, Gəzi və son baş verən hadisələr Türkiyədə bir çox gözəl şeyə gölgə salıb.
"Dövlət içində bir dövlət ola bilməz".
A.Gül rüşvətin üzərinə gedilməli və vicdanların rahatlanmalı olduğunu deyib. O, bu məsələdə prinsiplərin önəmini qeyd edib. "Qaydalar kifayət qədər yaxşı deyilsə rüşvətə şərait yaranar. Bizə yeni qaydalar lazım olduğu qənaətindəyəm. Rüşvətlə mübarizəyə şəffaflıq gətirilib, amma bunların yetərli olmadığını düşünürəm. Prokuroroun məlumat yayması doğru deyil. Yanlışı olmayan qorxmasın".