Abdullah Gül: “Dövlət içərisində başqa bir dövlət ola bilməz“

"Dövlət içərisində başqa bir dövlət ola bilməz. Dövlət strukturlarında ölkənin vətəndaşı olan hər kəs işləyə bilər. Bu, silahlı qüvvələr də ola bilər, dövlətin digər orqanları da".

Bunu Türkiyədə həyata keçirilən son əməliyyatlar barədə danışarkən, Türkiyə prezidenti Abdullah Gül bildirib.

Onun sözlərinə görə, hakimiyyətdə təmsil olunan hər kəs Konstitusiya, qanunlar və iyerarxiya çərçivəsində çalışmalıdır: "Bunun xaricində başqa bir yerdən təlimat almaq qətiyyən söhbət mövzusu ola bilməz. Mövcud iddialar araşdırılır. Xüsusən də hakimlər arasında, məhkəmə sistemində belə bir şey varsa, buna əsla dözüm göstərmək olmaz. Araşdırmalardan sonra gərəkən addımlar atılacaq".






Fikirlər