Hillari Klintonla bağlı şok sənədlər üzə çıxa bilər - Assanc ANONS verdi

WikiLeaks təşkilatı ABŞ Demokrat partiyasının milli komitəsinin əməkdaşlarına məxsus elektron məktublara malikdir.

AzNews.az xəbər verir ki, bu barədə “WikiLeaks”in rəhbəri Culian Assanc CNN telekanalına verdiyi müsahibəsində məlumat verib. Onun sözlərinə görə, bu məktublardan bir hissəsi ABŞ prezidentliyinə namizəd Hillari Klintona aiddir: “Bizdə Klintonun prezident kampaniyası ilə əlaqəli materiallar var. Söhbət “son dərəcə maraqlı” sənədlərdən gedir”.
Lakin Assanc təşkilatın bu arxivləri nə zaman dərc etmək istədiyini açıqlamayıb. “WikiLeaks” rəhbəri bildirib ki, ABŞ Demokrat partiyasının milli komitəsinə məxsus elektron sənədlərə hakerlərin hücumu son bir neçə il ərzində həyata keçirilib. Assanc növbəti dəfə qeyd edib ki, “WikiLeaks”in haker hücumlarında iştirakı yoxdur. Onun sözlərinə görə, təşkilat müxtəlif mənbələrdən sensasiya doğuran məlumatları alır. Bu məlumatların həqiqiliyi yoxlandıqdan sonra saytda dərc edilir. Lakin Assanc mənbə qeyd etməkdən imtina edib.






Fikirlər