""WikiLeaks"in yayacağı məlumatlardan sonra Ərdoğana qarşı fikir dəyişə bilər" — POLİTOLOQ

""WikiLeaks"in yayacağı məlumatlardan sonra Ərdoğana qarşı fikir dəyişə bilər" — Politoloq

WikiLeaks portalı əvvəlcədən anons verdiyi kimi, Türkiyənin hakim AKP - Ədalət və İnkişaf Partiyasına aid ilkin elektron məktubları dərc edib.

WikiLeaks portalı AKP barədə sənədləri yayımladıqdan sonra Türkiyə hökuməti "WikiLeaks"ə girişi bağlayıb.

Bununla bağlı politoloq Zərdüşt Əlizadə Ölkə.Az-a danışıb:

"Türkiyədəki son hadisələrdən sonra Ərdoğan hakimiyyətinə qarşı gələcək heç bir qurum yoxdur. Ərdoğan hakimiyyətini cəzalandıracaq məhkəmə, istintaq hakimiyyəti qalmayıb.

Türkiyənin indiki hakimiyyəti barədə "WikiLeaks"in yayacağı məlumatlardan sonra dünyada fikir dəyişə bilər. "WikiLeaks"in Türkiyədə qadağan olunması anlaşılandır. Hakimiyyət uğrunda mübarizədə tərəflər bir-birilərini yalanlayır, gözdən salır. Bu zaman öz günahının üstü açılmasın deyə əks tərəfin informasiya vasitələrinə girişi məhdudlaşdırılır. "WikiLeaks" həqiqətləri açır, Türkiyə hakimiyyəti isə bunu istəmir".

Qeyd edək ki, "WikiLeaks" 762 ədəd elektron poçt qutusunun sənədlərini yayımlayıb. Burada 2010-cu ildən 2016-cı il 6 iyul tarixinə qədər göndərilən 294548 elektron məlumat və çoxlu sayda fayllar yer alıb.






Fikirlər