"WikiLeaks"dan ABŞ-a NÖVBƏTİ ZƏRBƏ
"WikiLeaks" saytı ABŞ-ın dinlədiyi dünya liderlərinin siyahısını dərc edib AzerTaym.az xəbər verir ki, "WikiLeaks" saytı dünya gündəmini dəyişən yeni material dərc edib. Saytda yer alan materiala görə, ABŞ kəşfiyyat orqanları BMT-nin baş katibi Pan Gi Mun, Anqela Merkeli, Benyamin Netanyahunu, Fransanın keçmiş prezidenti Nikolya Sarkozini və İtaliyanın keçmiş baş naziri Silviyo Berluskonini dinləyib. Saytın təsisçisi Culian Assancın verdiyi məlumata görə, dünyanın istənilən yerində baş tutmuş bütün gizli görüşlər və danışıqlar ABŞ xüsusi xidmət orqanlarının elektron kəşfiyyatı tərəfindən izlənir.