Ərdoğana yeni səlahiyyətlər verildi — TÜRKİYYƏ tarixində bir ilk

Ərdoğana yeni səlahiyyətlər verildi — Türkiyə tarixində bir ilk

Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində iki qərarnamə qəbul edildi

AzerTaym.az Ölkə.Az-a istinadən xəbər verir ki, ölkədə fövqəladə vəziyyət rejimi çərçivəsində qanun hökmündə iki qərarnamənin tətbiqinə başlanılıb. Belə ki, bundan sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi prezident tərəfindən təyin ediləcək.

Yeni qərarnaməyə əsasən, 38 min məhbusun şərti azadlığa buraxılması nəzərdə tutulur.

Eləcə də qərarnamədə FETÖ ilə əlaqəsinin olması səbəbi ilə 2692 nəfərin işdən uzaqlaşdırıldığı və əvvəllər Türkiyə Silahlı Qüvvələrindən uzaqlaşdırılmış pilotların geri dönə biləcəyi qeyd olunub.

Qeyd edək ki, indiyədək Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisini Ali Hərbi Şura seçirdi.






Fikirlər