Türkiyəyə “yox” deyildi: MİT suçlandı

Türkiyəyə “yox” deyildi: MİT suçlandı

Türkiyə Almaniyadan ölkədə dövlət çevrilişinə cəhd etmiş Fətullah Gülən hərəkatı ilə bağlı 62 biznesmenin verilməsini tələb edir.

 Axar.az xəbər verir ki, sözügedən iş adamları Gülən hərəkatını maliyyələşdirməkdə ittiham olunur.
 Qeyd edək ki, Türkiyə ilə Almaniya arasında Gülən istintaqı ilə bağlı qalmaqal getdikcə böyüyür.
 Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Almaniya Xarici Kəşfiyyat Dairəsindən (BND) Gülən hərəkatı ilə bağlı yardım istəyib. Bu məqsədlə xaricə qaçan gülənçilərin təqib edilməsi üçün 40 nəfərin adı BND-yə göndərilib. Lakin başda Şimali Reyn-Vestfaliya, Hessen və Saksoniya olmaqla, 11 əyalət MİT-in təklifini rədd edib.
 Bu azmış kimi, Almaniya Federal Məclisinin Nəzarət Komitəsi Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) Almaniyada qanunsuz fəaliyyətlə məşğul olduğunu iddia edib.






Fikirlər