Şəhər əhalisi Kərimova görə ayağa qalxdı (YENİLƏNİB)

Özbəkistan dövlət telekanallarında bədii-musiqili verilişlərin yayımı dayandırılıb.
Publika.az xəbər verir ki, İslam Kərimovun ölümünə görə, bu gün Özbəkistan telekenalları reklam, teleserial və bədii filmlərin əvəzinə, ölkənin tarixi və mədəniyyəti haqda məlumatlar yayımlayır.

 Təcrübəyə görə, efir yayımında bu cür dəyişiklik terror aktları, yaxud siyasətçilər, mədəniyyət və ictimai xadimlərin ölümləri zamanı baş verir.

 İslam Kərimov sentyabrın 3-də doğma şəhəri Səmərqənddə dəfn olunacaq

.***

Səmərqənd aeroportunda toplaşan çoxsaylı insanlar paytaxt Daşkənddən İslam Kərimovun cəsədini gətirən təyyarəni gözləyir.

Publika.az xəbər verir ki, bu barədə məlumatlı mənbə “Rosbalt” agentliyinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, şəhərin əhalisinin təxminən yarısı aeroportdadır. 

Məlumata görə, Özbəkistan mərhum prezidenti ilə vidalaşmağa hazırlaşır. Səmərqənd məktəblərində dərslər ləğv olunub. 

“Kərimovun dəfn mərasimi sentyabrın 3-də olacaq”, - deyə mənbə bildirib.

İ. Kərimov vətəni olan Səmərqənd şəhərində dəfn olunacaq.

 






Fikirlər