Son 20 ildə burada heç kəs dəfn olunmayıb: KƏRİMOV istisnadır
Özbəkistanın ilk prezidenti İslam Kərimovun cənazəsi artıq anadan olduğu Səmərqəndə gətirilib. Lent.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, cənazə kortejini minlərlə səmərqəndli qarşılayıb. Aeroportdan Səmərqəndin mərkəzinədək İ. Kərimovu son mənzilinə müşayiət edənlərin böyük cərgəsi yaranıb. Kortej Səmərqəndin mərkəzinə, qədim minarələrin olduğu məşhur Rehistan meydanına gətirilib. Burada İ. Kərimovla vida mərasimi keçiriləcək. Mərasim yerli vaxtla saat 12-də başlayacaq. Matəm karvanı buradan tarixi Şahi-Zinda məqbərəsinə yola düşəcək. Burada Özbəkistanın bir çox tarixi şəxsiyyətləri, o cümlədən İslam Kərimovun valideynləri dəfn olunub. Prezident İslam Kərimov onlarla yanaşı dəfn olunacaq. Son 20 ildə Şahi-Zinda məqbərəsində heç kəs dəfn olunmayıb: Kərimov istisna olacaq. Hazırda Səmərqəndin mərkəzi nəqliyyatın hərəkəti üçün tam bağlıdır. Şəhərin hər yerində milislər növbə çəkir