Kadırovdan Suriya hərbçilərinə təklif

“Kadırovdan Suriya hərbçilərinə təklif

Çeçenistan lideri Ramzan Kadırov Suriya hərbçilərinə maraqlı təkliflə müraciət edib.

AzerTaym.az Qafqazinfo” -ya istinadən xəbər verir ki, Kadırov suriyalı mütəxəssislərə təlim keçməyə hazır olduqlarını bəyan edib. O, bildirib ki, Suriya mütəxəssislərini təhsil almaları üçün xüsusi təyinatlıların bazasına dəvət etməyə hazırdır. O, “Niyə də yox. Üstəlik indi orada terrorçular var. Biz hamımız terrorizmə qarşı birgə mübarizə aparırıq”,- deyib.

Ramzan Kadırov onu da əlavə edib ki, hazırda Suriyada Çeçenistan hərbçiləri yoxdur: “Suriyada Çeçenistan təlimatçıları yoxdur. İxtiyar bizdə deyil, hələlik planlaşdırılmır. Bu, ali baş komandanın səlahiyyətindədir”.






Fikirlər