KADIROVDAN Çeçenistanda başlayan aksiyaya - REAKSİYA

 

Sosial şəbəkələrdə Çeçenistan Prezidenti Ramzan Kadırova dəstək aksiyası start götürüb.

 AzerTaym.az xəbər verir ki, bu haqda məlumatı Çeçenistan Gənclər İttifaqının nümayəndəsi Rüstəm Tapayev verib.

 Onun sözlərinə görə, Çeçenistan xalqı öz prezidentinə dəstək olaraq #Ramzangetmə haştağı ilə yazılar paylaşmağa başlayıb.

 Xatırladaq ki, daha öncə Çeçenistan Prezidenti Ramzan Kadırov vəzifəsindən gedəcəyini açıqlamışdı.

 20:41

 Çeçenistan Prezidenti Ramzan Kadırov İnstaqram hesabında öz izləyicilərinə müraciət edib.

  AzerTaym.az xəbər verir ki, prezident onu dəstəkləyənlərdən mitinq keçirməmələrini, onu dəstəkləmək üçün aksiyalar təşkil etməmələrini xahiş edib:

 “Əlbəttə, xalqın məni dəstəkləməsindən böyük qürur duydum, amma mitinqlərə heç bir ehtiyac yoxdur. Mən o fikirləri bunun üçün səsləndirmədim, sadəcə öz düşündüyümü dedim”.






Fikirlər