KADIROV çeçen əsgərlərlə rusların DAVASINA aydınlıq gətirdi
Çeçenistan prezidenti Ramzan Kadırov Borzoy qəsəbəsində çeçen əsgərlərlə rus hərbiçilər arasında baş verən kütləvi davaya münasibət bildirib. AzerTatm.az xarici mətbuata istinadən xəbər verir ki, Kadırov insidentin milli münaqişə zəminində olmadığını və hadisədə mülki vətəndaşların iştirak etmədiyini deyib: «Hadisə milli münaqişə zəminində baş verməyib və orada mülki vətəndaşlardan heç kim olmayıb. Bəzi media qurumları yalan məlumatlar yayaraq bunu ruslar və çeçenlər arasında baş vermiş münaqişə kimi təqdim etməyə çalışırlar. Bu, kişilər arasında baş vermiş davadır. Və orada təkcə çeçenlər və ruslar yox, müxtəlif millətlərin nümayəndələri iştirak edib». Kadırovun sözlərinə görə, insident məişət zəminində baş verib və hərbi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olmayıb: «Əsgərlərdən biri digərinə qadın aşpazın yanında nalayiq danışmaması üçün irad tutub. Bu da sonradan insidentə səbəb olub». Çeçenistan prezidenti hadisəni siyasiləşdirməməyə və böyütməməyə çağırıb: «Əsgərlər artıq bir-birlərini başa düşüblər və hərəkətlərinə görə peşmandılar. Son sözü qanun deyəcək. Qanuna riayət etmək hamının vəzifəsidir».